Yəmən Ənsarullah Hərəkatı Oman dənizi və Ədən körfəzində 1 ABŞ esminesi və 3 təchizat gəmisini 16 ballistik raket və bir pilotsuz uçuş aparatı ilə hədəfə aldığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərbi Sözçüsü Yəhya Seri verdiyi açıqlamada ABŞ ordusuna aid 1 esminesin və Stena Impeccable, Maersk Saratoga və Liberty Grace adlı 3 təchizat gəmisinin Oman dənizi və Ədən körfəzində vurulduğunu bildirib.
Seri 16 ballistik raket və PUA ilə həyata keçirilən hücumların tam dəqiqliklə həyata keçirildiyini qeyd edib.
Məsələ ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.