Bu barədə Nobel Fondunun başçısı Lars Heykensten məlumat verib.
Rasthaber Azərbaycan xəbər verir ki, 2020-ci ildə Nobel mükafatlarının məbləği artırılıb və 10 milyon İsveç kronu (təxminən 1 milyon dollar) təşkil edəcək.
Bu barədə Nobel Fondunun başçısı Lars Heykensten məlumat verib.
“Bu il nailiyyətləri bizi ilhamlandıran və gələcəyə ümid verən laureatları qiymətləndirmək və dəstəkləmək olduqca mühümdür”, – deyə o bildirib.
Fond başçısı əlavə edib ki, mükafatın miqdarı 1 milyon kron (təxminən 100 min dollar) artacaq.
Qeyd edək ki, bu il kimya, fizika, ədəbiyyat və tibb sahələri üzrə Nobel mükafatları laureatları, həmçinin sülh üzrə Nobel mükafatı 5 oktyabrda elan ediləcək. Təqdimetmə mərasimi isə 10 dekabrda mükafatın təsisçisi Alfred Nobelin vəfat günü keçiriləcək.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.