Respublikaçıların ABŞ prezidentliyinə mümkün namizədlərindən olan Nikki Heyli Qəzzalıların HƏMAS hərəkatını dəstəklədiklərini bəhanə edərək, Qəzzalıların Misirə getməli olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Nikki Heyli Qəzzalıların HƏMAS hərəkatının tərəfdarları olduqlarını bəhanə edərək, başqa ölkələrə köçürülməsini təklif edib.
ABŞ dəfələrlə Qəzza sakinlərinin deportasiyasına qarşı olduğunu bildirsə də, Nikki Heyli belə bir təkliflə çıxış edib.
Haley deyib: "Qəzzalılar Misirə getməlidir. Dünya İsraili Qəzzaya hücum etdiyinə görə tənqid etmək əvəzinə, Türkiyə, İran və Qətəri fələstinlilərə kömək etdiyinə görə tənqid etməlidir".
Qeyd edək ki, Nikki Heyli İslam və Fələstin əleyhinə sərt mövqedə olan və sionistlərin tərəfdarı olan keçmiş ABŞ prezidenti Donald Trampın dövründə ABŞ-ın BMT-dəki nümayəndəsi idi.