Nigeriyanın bir ştatında 220 insan qətlə yetirilib

Nigeriyanın bir ştatında 220 insan qətlə yetirilib

Cari ilin əvvəlindən Nigeriyanın Niger ştatında 220 insan silahlı hücumların qurbanına çevrilib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Abubakar Sani Bello bildirib.

Onun sözlərinə görə, 1-17 yanvar dövrü ərzində 50-dən çox hücum baş verib.

Qətlə yetirilən yüzlərlə insan arasında 3 Çin vətəndaşı da var.

Həmçinin 200-dən çox insan da qaçırılıb.

Bello qeyd edib ki, silahlı dəstələr qonşu ştatlarda da fəaliyyət göstərir.

Xatırladaq ki, daha öncə Nigeriya rəhbərliyi motosikletlərdən istifadəni qadağan edib, çünki silahlı canilər əksər hallarda məhz bu nəqliyyat vasitəsindən istifadə edərək hücumlar həyata keçirirlər.

Xəbəri paylaş

VİDEOLAR