Nigeriya Müdafiә Nazirliyinin mәtbuat katibi Con Enenche bu barədə jurnalistlәrә verdiyi açıqlamada deyib
Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Nigeriyada terror tәşkilatlarına qarşı keçirilәn әmәliyyat nәticәsindә 134 tәşkilat üzvü zәrәrsizlәşdirilib.
Nigeriya Müdafiә Nazirliyinin mәtbuat katibi Con Enenche jurnalistlәrә verdiyi açıqlamada ölkәnin şimal-şәrqindә Boko Haram vә İSWAP tәşkilatlarına qarşı әmәliyyat keçirildiyini bildirib.
O, qeyd edib ki, әmәliyyatın mәqsәdi Nigeriya torpaqlarını bu terror tәşkilatlarından tәmizlәmәk olub. Con Enenche terror tәşkilatları ilә әmәkdaşlıq edәn 16 nәfәrin dә saxlanışdığını deyib.
Müdafiә Nazirliyinin mәtbuat katibi bildirib ki, әmәliyyat nәticәsindә terror tәşkilatlarına mәxsus çox sayda silah-sursat da әlә keçirilib.