Nigeriyada terrorçular hərbiçilərə hücum etdi, ölənlər var

Nigeriyada terrorçular hərbiçilərə hücum etdi, ölənlər var

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haramın silah daşıyan karvana hücumu nəticəsində 12 əsgər şəhid olub.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haramın silah daşıyan karvana hücumu nəticəsində 12 əsgər şəhid olub.
Milli mətbuatın yazdığına görə, Boko Haram üzvləri Borno əyalətinin Maiduguri-Mugono avtomobil yolunda silah daşıyan hərbi karvana hücum ediblər.

Hücumda 12 əsgər həyatını itirərkən, terrorçular silahla dolu 3 yük maşını ələ keçirib.

Qeyd edək ki, Boko Haramın 2009-cu ildən bəri Nigeriyada təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox adam ölüb.

Terror təşkilatı 2015 -ci ildən bəri ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsindəki hücumlarında ən az 2000 adam həyatını itirib.

Yüz minlərlə insan terror hücumları və qarşıdurmalar səbəbiylə köç etmək məcburiyyətində qalıb.

Xəbəri paylaş

VİDEOLAR