Nigeriyada Şeyx Zəkzakiyə azadlıq tələbilə aksiya keçirilib

Nigeriyada Şeyx Zəkzakiyə azadlıq tələbilə aksiya keçirilib

Şeyx Zəkzakinin səhhətinin ağırlaşmasına baxmayaraq onun həbsdə saxlanılmasına etiraz olaraq Nigeriyada aksiya keçirilib.

Rasthaber Azərbaycan xəbər verir ki, Nigeriya İslami Hərəkatının həbsdəki lideri Şeyx Zəkzakinin səhhətinin ağırlaşmasına baxmayaraq onun həbsdə saxlanılmasına etiraz olaraq Nigeriyada aksiya keçirilib.

Nigeriya İslami Hərəkatının baş katibi Şeyx Zəkzakinin ofisi tvitter vasitəsilə açıqlama yayaraq “Əllamə Zəkzakini dəstəkləyənlər, Şeyxin səhhətinin ağırlaşmasına baxmayaraq, onun hələ də qanunsuz olaraq həbsdə saxlanılmasına etiraz olaraq Abucada aksiya keçiriblər.”, -deyə qeyd edib.

Zariada 2015-ci ildə baş verən faciədən bu günə kimi Şeyx Zəkzakini dəstəkləyənlər, müxtəlif zamanlarda sivil aksiya və yürüşlər keçirərək, Şeyx və həyat yoldaşının azad edilməsini tələb edirlər.

Qeyd edək ki, Nigeriya Ordusu 2015-cu ildə “Sahib Zama” məscidində İmam Hüseynin əza mərasiminə və mərasimdə iştirak edən 2000-ə yaxın insanın qanını axıtmış, Şeyx Zəkzaki və həyat yoldaşını naməlum istiqamətə apararaq sonradan həbs etmişdilər. Hücum zamanı Şeyx Zəkzaki bir gözündən yaralanaraq görmə qabiliyyətini itirmiş, digər gözü də get-gedə zəifləyərək kor olma təhlükəsilə üz-üzədir.

Xəbəri paylaş

VİDEOLAR