Nigeriyada Peyğəmbəri təhqir edən müğənni edam olunacaq

Nigeriyada Peyğəmbəri təhqir edən müğənni edam olunacaq

Onun bu hərəkəti əhali arasında narazılıqlara səbəb olub.

Rasthaber Azərbaycan xəbər verir ki, Nigeriyada şəriət məhkəməsi küfrdə ittiham olunan müğənniyə edam hökmü oxuyub.

Kano ştatındakı məhkəmə 22 yaşlı müğənni Yəhya Şərif-Aminin dar ağacından asılaraq edamı qərarını çıxarıb. Səbəb isə onun “WhatsApp” vasitəsi ilə yaydığı İslam Peyğəmbərinə qarşı küfr xarakterli mahnı olub.

Onun bu hərəkəti əhali arasında narazılıqlara səbəb olub.

Müğənninin atası oğlundan imtina edib və deyib ki, “küfr – mənim ideologiyam deyil, söz verirəm ki, özüm öz oğlumu tutub güc strukturlarına təhvil verəcəyəm”.

Xəbəri paylaş

VİDEOLAR