Nigeriyada milyonlarla uşaq qorxu səbəbi ilə məktəbə getmir

Nigeriyada milyonlarla uşaq qorxu səbəbi ilə məktəbə getmir

Nigeriyada 12 milyondan çox uşaq qaçırılma qorxusu səbəbi ilə məktəbə getmir.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Məhəmməd Buxarinin şəxsi katibi İbrahim Qəmbəri bildirib.

Onun sözlərinə görə, xüsusilə ölkənin şimal bölgəsində dövlət məktəblərinə artan hücumlar təhsil sisteminə dağıdıcı təsir göstərə bilir.

Qəmbəri qeyd edib ki, xüsusilə qızların təhlükəsizlik problemləri və onların təsirləri ilə məşğul olmaq çətindir. Qaçırılan tələbələrin əksəriyyəti pul müqabilində sərbəst buraxılıb.

Əksər hallarda xilas edilənlər də travma alır. Hücumlara görə bir çox məktəb təhsili dayandırmalı olub.

Xəbəri paylaş

VİDEOLAR