Nigeriyada kəndə silahlı hücum: 50 ölü

Nigeriyada kəndə silahlı hücum: 50 ölü

Nigeriyanın şimal-mərkəzindəki kəndə silahlı hücum nəticəsində azı 50 nəfərin öldüyü bildirilir.

Az.rasthaber.com xəbər verir ki, Nigeriyanın Benue əyalətinin Umogid kəndində naməlum silahlı şəxslər hücum həyata keçirib.

Qubernatorluqdakı mənbələrə görə, hücumdan sonra ən azı 50 cəsəd tapılıb.

Qubernatorun təhlükəsizlik üzrə müşaviri Oayul Hemba AFP-yə deyib: "Onlarla insan hələ də itkin düşüb və qurbanların sayı daha çox ola bilər".

Son aylarda yerli icmaların dəfələrlə hücuma məruz qaldığını qeyd edən məmur, sözügedən ərazidə heyvandarlıq edənləri günahlandırıb.

Ölkənin şimal-qərbində və mərkəzində kənd zorakılığı beləliklə irimiqyaslı cinayətlərə çevrildi, burada silahlı dəstələr kəndlərə fidyə qoydular və fidyə müqabilində onlarla insanı oğurladılar.

Xəbəri paylaş

VİDEOLAR