Nigeriyada terror təşkilatı Boko Harama qarşı keçirilən əməliyyatda təşkilatın 18 üzvü zərərsizləşdirilib.
Az.rasthaber.com xəbər verir ki, yerli mətbuat orqanların yaydığı məlumata görə, "Vətəndaş birgə məqsədli qrupu" (CJTF) əldə etdiyi kəşfiyyat məlumatı əsasında Boko Haramın Borno əyalətinin Sambisa meşəsində yeni qurduğu düşərgəyə qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində Boko Haramın düşərgəsi məhv edilib, təşkilatın 18 üzvü zərərsizləşdirilib.