Nigeriyada Boko-Haram terror təşkilatının 151 üzvü zərərsizləşdirilib

Nigeriyada Boko-Haram terror təşkilatının 151 üzvü zərərsizləşdirilib

Nigeriya ordusunun son iki həftə ərzində ölkənin şimal-şərqində keçirdiyi əməliyyatlarda Boko-Haram terror təşkilatının 151 üzvü zərərsizləşdirilib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin mətbuat katibi Eduard Buba brifinqdə bildirib.

Onun sözlərinə görə, onlarla terrorçu yaralı halda qaçıb.

Əməliyyatda 456 Boko-Haram üzvünün saxlanıldığı və terrorçulara aid qənimətlərin ələ keçirildiyi bildirilib.

Terror qruplaşaması 2015-ci ildən bəri Kamerun, Çad və Nigeryida hücumlar törədir.

Xəbəri paylaş

VİDEOLAR