Nigeriyanın Taraba əyalətində kəndə silahlı hücum nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, Taraba əyalət polisinin sözçüsü Abdullahi Usman verdiyi yazılı açıqlamada naməlum silahlı şəxslərin Nyicwu kəndinə gələrək təsadüfi atəş açdığını bildirib.
Usman hücumda 10 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu bildirib.
Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Abdullahi hadisə ilə bağlı araşdırma başlandığını qeyd edib.
Digər tərəfdən, Taraba Gənclik Lideri, yerli mətbuata verdiyi açıqlamada, hücumda 20 nəfərin həyatını itirdiyini iddia etdi.
Nigeriya son vaxtlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin terror təşkilatları Boko Haram və ISWAP-ın hücumları ilə üzləşir.