Nigeriyada Aşura mərasimi iştirakçılarına atəş açılıb, ölənlər var

Nigeriyada Aşura mərasimi iştirakçılarına atəş açılıb, ölənlər var

Nigeriyanın Kaduna əyalətində Aşura mərasiminə atəş açılıb. Ölənlər var.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Nigeriya İslam Hərəkatı” bəyanat verib.

Bildirilib ki, əyalətin Zaria şəhərində Aşura mərasiminə qatılanlara təhlükəsizlik qüvvələri tərəfindəna atəş açılıb.

Bunun nəticəsində yeddi nəfər həlak olub və bir neçə nəfər yaralı var. Polis yaralıları naməlum istiqamətə aparıb.

Qeyd edək ki, 2015-ci ildə həmin şəhərdə Məhərrəmlik mərasiminə amansız hücum nəticəsində mindən çox insan həyatını itirmiş, hərəkatın lideri İbrahim Zəkzaki ağır yaralanmış və həbs edilmişdi.

Xəbəri paylaş

VİDEOLAR