Nigeriyada 13 terrorçu öldürülüb

Nigeriyada 13 terrorçu öldürülüb

Nigeriyanın cənubundakı İmo əyalətində terror təşkilatı elan edilən Biafra Yerli Xalqlarının (IPOB) 13 üzvü öldürülüb.

Az.rasthaber.com xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin media əməliyyatları üzrə direktoru Musa Danmadami verdiyi yazılı açıqlamada ordunun İmo əyalətində IPOB üzvlərinə qarşı əməliyyatlar keçirdiyini bildirib.
Danmadami əməliyyatlar zamanı 13 İPOB üzvünün zərərsizləşdirildiyini, 6 terrorçunun isə ələ keçirildiyini qeyd edib.
Biafra Yerli Xalqları Nigeriyanın cənubunda vaxtaşırı hücumlar törədir. İPOB-un noyabrın 14-də törətdiyi hücum nəticəsində 5 nəfər ölüb.

 

Xəbəri paylaş

VİDEOLAR