Nigeriya və Sudanda daşqınlar: Vəba riski artmaqdadır

Nigeriya və Sudanda daşqınlar: Vəba riski artmaqdadır

Afrikanın iki ölkəsində güclü yağışlar daşqınlara səbəb olub.

Az.rasthaber.com xəbər verir ki, Sudanın 10 ştatını əhatə edən təbii fəlakət nəticəsndə 138 nəfər həyatını itirib.

Bundan başqa, ölkənin şərq bölgələrindəki 5 ştatda vəba xəstəliyinə yoluxma hallarının artdığı da qeyd edilib - indiyə qədər 1 223 yoluxma qeydə alınıb, 48 nəfər isə bu xəstəlikdən vəfat edib. Regionda təcili surətdə təcridxanalar açılır.

 

Nigeriyada da artıq bir neçə həftədir ki, daşqınlar baş verir. 200 mindən çox nigeriyalı evlərini tərk etmək məcburiyyətində qalıb, 170-dən çox insan isə dünyasını dəyişib.

Qeyd edilir ki, burada da su təchizatındakı çirklənmə səbəbi ilə vəba xəstəliyinin yayılması riski mövcuddur.

Xəbəri paylaş

VİDEOLAR