Nigeriyada İsrailin qurulmasını elan etdiyi günlə bağlı bəyanat yayılıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Nigeriya İslami Hərəkatı lideri Zəkzakinin bürosundan işğalçı sionist rejimin qurulma elan etdiyi günlə bağlı bəyanat yayılıb.
Bəyanatda İsraili “1948 Covid (virusu)” adlandırılıb.
Fələstin “Nəqbə günü” münasibətilə tvitter hesabından yayımlanan bəyanatda, Nigeriyada Fələstin bayraqlarının görüntülərinə yer verərək, Nigeriyanın şimal qərbindəki uşaqlar Fələstin millətinə dəstək olaraq Nəqbə günündə Fələstin bayraqlarını dalğalandırdıqlarını yazıb.
Qeyd edək ki, 1948-ci il may ayının 14-ü axşamı müstəqil İsrail dövlətinin yaradıldığı еlan olunub. Yəhudi оrdusu pis idarə оlunan, təcrübəsiz, qеyri-nizami оlan ərəb ordularını məğlub edib. Siоnistlər tədricən Fələstin ərazisinin 77%-ni (20770 kvadrat km) də tutmağa nail оldular. Həmin ərazilərdə yaşayan 925 min fələstinlinin 800 min nəfərini didərgin salaraq, orada özləri məskunlaşdılar. 1948-ci ilin sonunda Fələstində 1 milyon 400 min nəfər fələstinli yaşayırdı. İsrail rejimi işğal еdilmiş ərazilərdəki 585 kənddən 478-ini dağıdaraq, 34 qanlı qırğın törətdilər. Fələstinin qalan ərazilərini – Qərb Sahilini əhatə еdən 5876 kvadrat kilometrlik ərazini İordaniya rəsmi olaraq özünə, Qəzza bölgəsini isə Misir öz ərazisinə birləşdirdi.