Nigerdə terror aktı nəticəsində 5 nəfər ölüb

Nigerdə terror aktı nəticəsində 5 nəfər ölüb

Nigerin cənub-qərbində törədilən terror aktı nəticəsində 5 nəfər həlak olub.

Az.rasthaber.com xəbər verir ki, ordudan verilən yazılı açıqlamaya əsasən, Tillaberi bölgəsində naməlum silahlı şəxslər konvoyu müşayiət edən polis avtomobilini hədəf alıb.

Hadisə zamanı 4 mülki şəxs və 1 polis həyatını itirib, 19 nəfər yaralanıb.

Qeyd edək ki, Tillaberi “3 ölkə sərhədi” kimi tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.

Bu sərhəd xətti tez-tez “Əl-Qaidə” və İŞİD-a bağlı terror qruplarının hücumlarına məruz qalır.

Terrorla mübarizə əməliyyatlarında Nigerdən təxminən 12 min əsgər iştirak etdiyi halda, onların demək olar ki, yarısı Mali və Burkina Faso arasında 1400 kilometrlik sərhəddə yerləşir.

Xəbəri paylaş

VİDEOLAR