27.07.2023 10:07:25
Niger hərbçiləri ölkə prezidenti Məhəmməd Bazumun vəzifədən uzaqlaşdırıldığını, dövlətin sərhədlərinin bağlandığını bildiriblər.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
"Niger hərbçiləri milli televiziyada çıxış edərək prezident Bazumun uzaqlaşdırıldığını, sərhədlərin bağlandığını söyləyib", - agentlik bildirib.