Niderlanddan hicabla bağlı yeni qadağa

Niderlanddan hicabla bağlı yeni qadağa

Niderlandda hüquq-mühafizə əməkdaşlarına xarici dini atributların istifadəsi rəsmi şəkildə qadağan edilib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Dilan Yeşilgöz bildirib.

O deyib ki, zabitlərin formalarında dini simvolikanın mövcudluğunu “yersiz hesab edir”.

Nazir əlavə edib ki, hicablı xanımlar polisdə işə düzələ bilərlər, lakin insanlarla ünsiyyətin olmadığı mövqelərdə işləyə bilərlər.

Qeyd edək ki, polislərə dini simvolikanın istifadəsini qadağan edən yeni sənəd sağçı-radikal və islamofob siyasi qrupların müraciətindən sonra qəbul edilib.

Xəbəri paylaş

VİDEOLAR