Amerikanın “Newsweek” jurnalı ABŞ prezidenti Co Baydenin 2022-ci ildə etdiyi səkkiz səhvdən ibarət seçmə məqalə dərc edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, məqalədə bildirilib ki, 2022-ci ildəki çıxışları zamanı Bayden ukraynalıları iranlılarla qarışdırıb, teleprompterdən texniki təlimatları oxuyub, Amerika ştatlarının sayını qarışdırıb.
Bundan əlavə, ölkə lideri ABŞ-ın vitse-prezidenti Kamala Harrisi ölkə prezidenti kimi təqdim edib və çıxışlardan sonra bir neçə dəfə səhnəni tərk etmək istəyərkən çaşqınlıqla üzləşib.
Bayden bir müddət öncə səhvən büdcə kəsiri əvəzinə ölkənin dövlət borcunu iki dəfə azaltdığını bildirib.