“New York Times” qəzeti bəyan edib ki, sionist İsrail İranın raket hücumuna cavab olaraq bu ölkənin nüvə obyektlərinə hücum etməyəcək, əksinə, diqqəti hərbi obyektlərə yönəldəcək.
Az.rasthaber.com xəbər verir ki, “The New York Times” İsrailin keçmiş və indiki yüksək səviyyəli rəsmilərinə əsaslanan hesabatında İrana qarşı mümkün əməliyyatda İsrailin nüvə obyektlərinin hədəf alınmayacağını yazıb.
Sputnik-in New Tork Times-a istinadan verdiyi xəbərdə bildirilib:
Çərşənbə axşamı raket hücumuna cavab olaraq İsrailin ehtimal ki, İrana qarşı ilk zərbəsi hərbi bazalara və ola bilsin ki, kəşfiyyat və komandanlıq mərkəzlərinə yönələcək... Ən azından ilkin mərhələdə İsrail yəqin ki, İranın ən mühüm nüvə obyektlərini hədəfə almayacaq.
İranın münaqişəni daha da gərginləşdirəcəyi təqdirdə nüvə obyektlərinin hədəf kimi seçilməsinin təxirə salına biləcəyi qeyd edilib.
İran özünümüdafiə çərçivəsində oktyabrın 1-də işğalçı rejimin mühüm hərbi obyektləri və hava bazalarını 400 raketlə hədəfə alaraq İsrailə ikinci böyük raket hücumu həyata keçirib.