The New York Times qəzeti yeni bir iddia ilə İranın İsrailə qarşı İraqdan hücum etmə ehtimalından yazıb
Rasthaber Azərbaycan xəbər verir ki, İran İraqdakı siyasi böhrandan istifadə etməklə bu ölkədə balistik raket arsenalını artırır.
The New York Times qəzeti Amerikalı bir kəşfiyyat rəsmisinə istinadla bu məlumatı yayıb.
Amerikalı rəsmilər İraqa göndərilən silahların taktiki və texniki göstəriciləri haqda müzakirə etmək istəməyiblər. Lakin kəşfiyyat rəsmiləri İranın İraqda qurduğu raket arsenalının Bağdaddan İsrailin özünə seçdiyi paytaxtı - Yerusəlimi (Qüds) vurmağa qadir olduğunu düşünürlər.
Q/zet yazır ki, İraqın şərqində şiə döyüşçülər nəzarət etdikləri yollar, körpülər və infrakstrukturanın digər obyektləri Tehran üçün gizli hərbi anbarlar yaratmasına imkan verir.
"Təəssüflər olsun ki, İraqdakı xaos və mərkəzi hökümətin yaratdığı böhran İran üçün yararlı şərait yaradıb. İnsanlar Tehranın reqionda problemlər yaradacaq balistik raketlərinə diqqət etmirlər.", -deyə ABŞ Konqresinin üzvü Elis Slotnik The New York Times-a bildirib.