Livan Hizbullah Hərəkatının mətbuat katibi Hacı Məhəmməd Afif Beyrutun cənubunda mətbuat konfransında deyib
Rasthbaer Azərbaycan xəbər verir ki, Livan Hizbullah Hərəkatının mətbuat katibi Hacı Məhəmməd Afif Beyrutun cənubunda mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.
Hizbullah rəsmisi Qeysəriyyədə İsrail rejiminin baş naziri Benyamin Netanyahunun evinin vurulması haqda da açıqlama verib.
O bu əməliyyatı Livan Hizbullahının hücumu sırasında həyata keçirdiyini bildirib.
Hacı Afif gələcəkdə müqavimətin onu (Netanyahunu) daima izləyəcəyini qeyd edib: “Müqavimət döyüşçülərinin gözləri görür və qulaqları eşidir, əgər bu dəfə əllərimiz sənə çatmazsa, “Gündüzlər, gecələr və döyüş meydanı səninlə bizim aramızdadı”
Hizbillah rəsmisi döyüşlərdən də danışaraq İsrailin hərbi uğursuzluqlarını və əsil itkisini gizlətdiyini önə çəkib.
“Biz hələ də düşmənin hərbi bazalarını, kazarmalarını, düşərgələrini və əsgərlərin cəmləşdikləri yerləri bombalayırıq. Onlar isə Livanda mülki obyektləri və binaları bombalayır.”, -deyə Livan Hizbullah Hərəkatının mətbuat katibi Hacı Afif bildirib.
Qeyd edək ki, Netanyahu bu hücumun İran tərəfindən həyata keçirildiyini iddia etmişdi.