Netanyahunun evi qarşısında etiraz aksiyası keçirilib

Netanyahunun evi qarşısında etiraz aksiyası keçirilib

İşğal altında olan Qərbi Qüdsdə baş nazir Benyamin Netanyahunun iqamətgahı qarşısında etiraz nümayişi keçirilib.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, işğal altında olan Qərbi Qüdsdə baş nazir Benyamin Netanyahunun iqamətgahı qarşısında etiraz nümayişi keçirilib.

Netanyahunun istefasını tələb edən etirazçılar “Qatil Bibi” şüarları səsləndiriblər.

Sionist İsrailin Fələstindəki qırğın hücumları müharibənin 30-cu günündə də davam edir. Baş nazir Netanyahunun rəhbərlik etdiyi işğalçı ordu oktyabrın 7-dən bəri minlərlə günahsız fələstinlini qətlə yetirib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlarda 3900-ü uşaq və 2509-u qadın olmaqla 9488 fələstinli şəhid olub, ən azı 24 min nəfər isə yaralanıb.

Sionist rejim qüvvələri və işğalçı mühacirlər İordan çayının qərb sahilində və Qüdsdə 144 fələstinlini qətlə yetiriblər.

Xəbəri paylaş

VİDEOLAR