Netanyahudan iranlı alimlərə qarşı sui-qəsdlərlə bağlı etiraf

Netanyahudan iranlı alimlərə qarşı sui-qəsdlərlə bağlı etiraf

Sionist rejimin baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq son illərdə iranlı alimlərə qarşı sui-qəsdlərin məsuliyyətini öz üzərinə götürüb.

Az.rasthaber.com xəbər verir ki, Netanyahu Fox News-a verdiyi müsahibədə son illərdə iranlı alimlərə qarşı sui-qəsdlərin məsuliyyətini öz üzərinə götürərək deyib:

"Biz əvvəllər iranlı alimləri aradan götürmüşdük, lakin son müharibədə çox daha tanınmış simaları hədəf aldıq".

ABŞ prezidenti Donald Trampla ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq üçün çalışdıqlarını açıqlayan Netanyahu, Təl-Əvivin Qəzza zolağında 60 günlük atəşkəs razılaşmasına nail olmaq üçün çalışdığını da iddia edib.

ABŞ-a son səfəri zamanı Netanyahu Qəzzada razılığın əldə olunmasında Donald Trampla əməkdaşlığını ifadə edib və bu səylərin bəhrə verəcəyinə ümid etdiyini bildirib.

Sionist rejimin baş nazirinin bu iddiaları onun HƏMAS ilə məhbus mübadiləsi razılaşmasının əldə edilməsinə ən böyük maneə kimi görünməsinə baxmayaraq ortaya çıxdı.

Netanyahu həmçinin "Həmasın məhv edilməsi də daxil olmaqla, Qəzzada bütün məqsədlərimizə sonda nail olacağıq" dedi.

Sionist rejimin İranla müharibədə verdiyi əhəmiyyətli itkilərdən heç vaxt bəhs etməyən Netanyahu Təl-Əvivin İran üzərində böyük bir qələbə qazanması və bunun böyük inkişafa yol aça biləcəyi barədə yalan iddialar səsləndirib.

Xəbəri paylaş

VİDEOLAR