Netanyahu: Rəfaha hücum üçün tarix təyin olunub

Netanyahu: Rəfaha hücum üçün tarix təyin olunub

İşğalçı sionist İsrailin baş naziri Binyamin Netanyahu özünün X sosial media hesabında İsrailin Qəzzaya hücumları ilə bağlı paylaşım edib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada məhbusları azad etməyi və 'Həmas üzərində qələbəni' hədəflədiklərini ifadə edən Netanyahu bunun üçün Rəfaha hücumun zəruri olduğunu iddia edib.

İsrailin hücumlarından didərgin düşən 1,5 milyon insanın sığındığı Rəfah quru hücumu ilə bağlı Netanyahu, "Bu olacaq, bir tarix var" deyib.

Sionist İsrailin Müharibə Naziri Yoav Gallant dünən bildirib ki, ordu Qəzzanın cənubundakı Xan Yunisdən geridə böyük dağıntılar buraxaraq, hücuma hazırlıq məqsədilə cənubdakı Rəfaha çəkilib.

Xəbəri paylaş

VİDEOLAR