Sionist İsrailin soyqırımçı baş naziri Benyamin Netanyahu 7 oktyabrdan bəri Qəzza zolağında davam edən hücumlarda mülki əhali arasında itkilərin çox olmadığını müdafiə edib.
Az.rasthaber.com xəbər verir ki, Netanyahu beynəlxalq mətbuat nümayəndələri ilə görüşündə sionist İsrail ordusunun Qəzzaya hücumlar zamanı mülki əhalinin zərər görməsinin qarşısını almaq üçün “digər ordulardan daha çox tədbir gördüyünü” iddia edib.
Netanyahu fələstinlilərin hücumlardan əvvəl “təhlükəsiz zona”ya keçdiyini iddia edərək deyib: “Onlara çadır, su şəbəkəsi, kanalizasiya və yemək verdik”.
Netanyahu mətbuat konfransı zamanı göstərdiyi xəritədə İordan çayının qərb sahilinin yer almadığını bildirib:
"Bu xəritə də Ölü dənizi göstərmir. İordan çayını da göstərmir".
"Mən Qəzzadan danışıram. Bu başqa məsələdir", - deyən Netanyahu İordan çayının qərb sahili əvəzinə “Yudeya və Samariya” ifadəsinin ibranicə qarşılığını istifadə edib.
Qeyd edək ki, sionist İsrailin Qəzzaya hücumlarında 10 aydan çox müddətdə əksəriyyəti qadın və uşaq olmaqla 40 mini keçərkən, bölgədə humanitar fəlakət günü-gündən dərinləşir.