Netanyahu bu gün öz "Tvitter" səhifəsində yazıb
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, İsrail rejiminin baş naziri Benyamin Netanyahu ailəsinin və özünün ölümlə təhdid olunması barədə polisə şikayət edib.
Benyamin Netanyahu bu gün öz "Tvitter" səhifəsində işğal altındakı ərazilərdə olan polisə, ona və ailəsinə qarşı təhdidlər barədə şikayət etdiyini yazıb:
"Bir neçə gün əvvəl mən və ailəm ölüm təhdidləri almışıq. Bununla bağlı polisə şikayət etdim və bu gün təəssüf ki, məni və ailəmi öldürəcəyini söyləyən birini məhkəməyə verməli oldum".