24.04.2023 15:08:59
Sionist rejimin baş naziri etirazçıların onun iştirak etdiyi binaya hücum edəcəyindən ehtiyat edərək konfransdakı çıxışını ləğv edib.
Etirazları zamanı sionist etirazçılar Netanyahunun mühasirəsini bütün istiqamətlərdə daha da sıxlaşdırmaq üçün bir-birləri ilə koordinasiya ediblər. Bu hadisə Netanyahu bir iş üzrə ifadə vermək üçün Təl-Əviv Mərkəzi Məhkəməsinə girmək ərəfəsində baş verib.
Dünən gecə Əl-Məyadin şəbəkəsi sionist rejim mediasına istinadən xəbər verib ki, Təl-Əvivdə minlərlə insan bu rejimin baş naziri Binyamin Netanyahunun həyata keçirdiyi məhkəmə islahatlarına qarşı etiraz aksiyasında iştirak edib.