Netanyahu korrupsiya ittihamı ilə məhkəməyə gəlib

Netanyahu korrupsiya ittihamı ilə məhkəməyə gəlib

Sionist rejimin baş naziri Benyamin Netanyahu ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün Təl-Əvivin mərkəzi məhkəməsinə gəlib.

Az.rasthaber.com xəbər verir ki, xəbər mənbələri Netanyahunun Təl-Əviv məhkəməsində olmasına istinad edərək, bu məhkəmənin iclasının ona qarşı irəli sürülən ittihamları nəzərdən keçirməyə başladığını açıqlayıb. 

Bu xəbərə əsasən, Netanyahu sionist rejimin hələ baş nazir vəzifəsində olarkən korrupsiya ittihamı ilə mühakimə olunan ilk baş naziridir. 

Xəbər mənbələri həmçinin Qəzzada bir qrup sionist əsirin ailəsinin Təl-Əvivdə Netanyahunun korrupsiya ittihamlarının dinlənildiyi məhkəmənin qarşısına çıxıb və sionist rejimin baş nazirinə qarşı nümayiş keçirdiklərini bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR