Netanyahu geri addım atdı: Mülki əhalini köçürmək niyyətimiz yoxdur

Netanyahu geri addım atdı: Mülki əhalini köçürmək niyyətimiz yoxdur

Daha əvvəl fələstinli mülki vətəndaşları üçüncü ölkəyə göndərməyə çalışdıqlarını bildirən İsrail Baş naziri Netanyahu isə reaksiyalara “Mülki əhalini köçürmək fikrində deyilik” deyərək cavab verib.

Az.rasthaber.org xəbər verir ki, Netanyahu televiziyada yayımlanan və X platformasında öz hesabında paylaşdığı ingiliscə çıxışında "Bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. İsrailin Qəzzanı daimi olaraq işğal etmək və ya mülki əhalisini köçürmək niyyəti yoxdur" deyib.

"İsrail HaYom" qəzetinin 25 dekabr 2023-cü il tarixində dərc etdiyi xəbərə görə, Netanyahu Likud partiyasının millət vəkilləri ilə görüşdə "Bizim problemimiz qaçqınları qəbul etməyə hazır olan ölkələrdir. Biz bunu həll etmək üçün çalışırıq" deyib.

O, daha sonra deyib:

"İclasda Qəzzada fələstinlilərin didərgin salınması məsələsinə toxunan İsrailli millət vəkili Denni Danon, "Dünya əslində bu məsələni müzakirə edir. Kanadanın immiqrasiya naziri Mark Miller bu məsələ ilə bağlı açıq şəkildə danışdı. Eynilə, Nikki Haley kimi (2024-cü il Respublikaçılar Partiyasının prezidentliyə namizədlərindən biri). Qəzzanı tərk edib üçüncü ölkəyə getmək istəyənlərlə məşğul olmaq üçün İsrail daxilində bir komanda yaratmalıyıq".

Danonun sözlərinə görə, Netanyahu “Biz bunun üçün çalışırıq” deyib.

Xəbəri paylaş

VİDEOLAR