Netanyahu Fələstin torpaqlarında yəhudi məskənlərinin leqallaşmasından imtina etdi

Netanyahu Fələstin torpaqlarında yəhudi məskənlərinin leqallaşmasından imtina etdi

İsrailin baş naziri Benyamin Netanyahu işğal edilən Fələstin torpaqlarında bəzi yəhudi məskənlərinin leqallaşmasını nəzərdə tutan planından imtina edib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə “Yediot Aharonot” qəzeti yazıb.

Nəşrin iddiasına əsasən, Netanyahunun belə addım atmasına səbəb ABŞ-da hakimiyyətə Co Baydenin gəlməsindən sonra yaranan təşviş və qorxudur.

Qəzet yazır ki, İsrailin müdafiə naziri Beni Hans, XİN başçısı Qabi Aşkenazi və bir neçə digər vəzifəli şəxs sözügedən planın əleyhinə çıxıblar. Onların fikrincə, bu planın reallaşması gələcəkdə Bayden administrasiyası ilə münasibətlərdə ciddi böhrana səbəb ola bilər.

Xəbəri paylaş

VİDEOLAR