Sözügedən foto Netanyahunun Ağ Evə səfəri zamanı çəkilmişdi.
Donald Trampın ABŞ prezidenti vəzifəsindəki son günləri qalmaqallarla müşayiət olur və bəzi dünya liderləri öz siyasi karyeralarına zərər vurmamaq üçün onunla münasibətlərinə yenidən baxmağı zəruri hesab edirlər.
Az.shafaqna.com RİA “Novosti”yə istinadla xəbər verir ki, belə liderlərdən biri də İsrailin Baş naziri Binyamin Netanyahudur.
Məsələ burasındadır ki, İsrailin Baş naziri uzun müddətdir şəxsi “Twitter” səhifəsinin üz qabığını bəzəyən Trampla birgə fotosunu silib. Sözügedən foto Netanyahunun Ağ Evə səfəri zamanı çəkilmişdi.
Artıq Netanyahunun “Twitter” səhifəsinin üz qabığında ona peyvənd vurulduğu zaman çəkilən öz fotosu yerləşdirilib. Paylaşım “İsrail vətəndaşları, həyata qayıdırıq” sözləri ilə müşayiət olunub.
Xatırladaq ki, bir neçə gün öncə “Twitter” rəhbərliyi Donald Trampın bu sosial şəbəkəsindəki səhifəsini ləğv etmişdi.