Netanyahu Benneti bacarıqsız adlandırıb

Netanyahu Benneti bacarıqsız adlandırıb

Sionist rejimin sabiq baş naziri Twitter səhifəsində Naftali Bennetin baş nazir vəzifəsində bacarıqsız olduğunu və onun bu məsuliyyətini lazımı şəkildə davam etdirə bilmədiyini yazıb.

"Sizin terrorla mübarizə aparmaq bacarığınız yoxdur. Dönəminiz bitdi və evə qayıtmağınız daha yaxşı olar.
O, başqa bir tvitində elə oxşar mövzuya toxunaraq yazıb: “Bennettin kabineti Knessetdə əksəriyyətin dəstəyini və ictimai güvəni çoxdan itirib.”
"Haaretz" qəzeti üç gün əvvəl sionist rejimin hazırkı nazirlər kabinetinin süqutu ilə bağlı xəbərdarlıq etmiş və işğalçı İsrailin baş naziri Naftali Bennetin köməkçilərinə istinad edərək, sionist rejim nazirlər kabinetinin hətta bir ay daha fəaliyyət göstərməsi şansının 80% olduğunu etiraf etmişdi. Onlar bu proqnozu Bennetlə sionist rejimin xarici işlər naziri Yair Lapid arasındakı mübahisə ilə əlaqələndiriblər.

Xəbəri paylaş

VİDEOLAR