Netanyahu: Ben-Qvir telefonuma cavab vermir - Mən uşaq bağçasının müdiri deyiləm

Netanyahu: Ben-Qvir telefonuma cavab vermir - Mən uşaq bağçasının müdiri deyiləm

Sionist rejimin xəbər mənbələri bildiriblər ki, baş nazir Benyamin Netanyahunun kabineti daxilində fikir ayrılıqları artıb və İtamar Ben-Qvir Netanyahunun telefon zənglərinə cavab vermir və Nazirlər Kabinetini formalaşdıran koalisiyanın rəhbərləri bir müddətdir daxili çəkişmələrə görə iclas keçirmirlər.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimin “Kan” telekanalının siyasi məsələlər üzrə müxbiri Mixal Şimeş deyib: Baş nazir Benyamin Netanyahu siyasi tərəfdaşları ilə İtamar Ben-Qvir haqqında söhbətində deyib ki, mən uşaq bağçasının müdiri deyiləm və (Ben-Qvir) belə davranmamalıdır. Telefonuma cavab vermir, iclaslarda iştirak etmir. 

Digər tərəfdən, sionist rejimin “Şas” haredi partiyasının rəhbəri Arieh Darei də Ben-Qvirə qarşı qəzəblidir və bu partiyanın üzvləri öz vəzifəsini yerinə yetirə bilməyən bu kabinetin davam etdirilməsinin faydasız olduğunu deyirlər.

Xəbəri paylaş

VİDEOLAR