Neft yenidən bahalaşmağa başladı

Neft yenidən bahalaşmağa başladı

Brent nefti 1 barelə görə 34,05 dollar təşkil edib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 3,03% artaraq, 1 barelə görə 34,05 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,37% artaraq 26,96 dollar təşkil edib.

Xəbəri paylaş

VİDEOLAR