"Saudi Aramco” bazar dəyərini təxminən 10% itirib.
Dünya bazarında neftin ucuzlaşması fonunda Səudiyyə Ərəbistanının milli neft istehsalçısı "Saudi Aramco” bazar dəyərini təxminən 10% itirib.
"Rasthaber Azərbaycan " Report-a istinadən xəbər verir.
Məlumata görə, şirkətin səhmlərinin qiyməti 7,2 ABŞ dollarına (27 rial) düşüb. Bu, qiymətli kağızların İlkin Kütləvi Tadavülünün (IPO) həyata keçirildiyi 2019-cu ilin dekabr ayından bəri ən aşağı həddir. Ucuzlaşma Səudiyyə Ərəbistanının Tədavül fond birjasında qeydə alınıb.