NBC: Süleymaninin qətlə yetirilməsində İsrail Kəşfiyyatının da rolu var

NBC: Süleymaninin qətlə yetirilməsində İsrail Kəşfiyyatının da rolu var

3 yanvarda ABŞ Ordusunun Bağdad aeroportunda İranlı general Qasim Süleymani və "Haşdi Şabi" qurucularından olan Əbumehdi Əl-Mühəndisi qətlə yetirməsində İsrail Kəşfiyyatının da rolu var

Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda iddianı ABŞ telekanalı olan NBC irəli sürüb.

Telekanala görə, Qasim Süleymaninin Bağdadda hansı vaxta hərəkət etmə məlumatını İsrail Kəşfiyyatı ABŞ tərəfinə ötürüb.

ABŞ öz mənbələrilə informasiyanı dəqiqləşdirdikdən sonra sui-qəsd planını həyata keçirib.

Qeyd edək ki, bir neçə gün öncə İsrailin yüksək rütbəli nazirləri və hərbçiləri daxil hamısı Süleymani sui-qəsdilə əlaqələri olmadıqlarını bildirirdilər.

Xəbəri paylaş

VİDEOLAR