Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazirin sözlərinə görə, Çindən Türkiyəyə təxliyə edilən şəxslərdən, o cümlədən təyyarənin ekipaj üzvlərindən götürülən analizlərin nəticələrinə əsasən, onlarda koronavirus aşkarlanmayıb.
Nazir vurğulayıb ki, Çində 17 485 nəfər koronavirusa yoluxub, 361 nəfər isə virusdan ölüb.
Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.