Navalnı xəstəxanaya köçürülüb, ölüm təhlükəsi sovuşdu...

Navalnı xəstəxanaya köçürülüb, ölüm təhlükəsi sovuşdu...

Rusiya həbsxana rəsmilərinin bildirdiyinə görə, aclıq elan edən müxalifət lideri Alexey Navalnı həbsxana xəstəxanasına köçürülüb.

Rasthaber voa-ya istinadən xəbər verir ki, Rusiya  Federal Penitensiar Xidməti bu haqda məlumat yayıb.

"Hazırda Navalnının səhhəti qənaətbəxş olaraq qiymətləndirilir və hər gün həkim tərəfindən müayinə olunur. Xəstənin razılığı ilə ona vitamin müalicəsi təyin edilib" - deyə, Federal Penitensiar Xidmətin açıqlamasında bildirilib.

Navalnının müttəfiqləri müxalifət liderinin Moskvanın şərqindəki ciddi qorunan həbsxanasındakı xəstəxanaya köçürülməsinə hələ ki, reaksiya verməyib.

Navalnının tərəfdaqlarından biri onun səhhəti ilə bağlı heç bir xoş xəbərin olmadığını deyib.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Lyubov Sobol aprelin 19-da Exo Moskvı radiosuna Navalnının müttəfiqlərinin siyasətçinin səhhəti ilə bağlı gün ərzində məlumat gözlədiklərini deyib.

Xəbəri paylaş

VİDEOLAR