NATO-nun müdafiə nazirləri gələn həftə Rusiyaya qarşı uzunmüddətli siyasətləri nəzərdən keçirməyə başlayacaqlar.
Az.rasthaber.com "Oxu.az"a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"İştirakçı ölkələr alyans çərçivəsində debatlar keçirmək və Rusiya-NATO təsis aktını müzakirə etmək niyyətindədirlər. Müttəfiqlərin konkret mövqelərini nəzərə alaraq yeni strategiya hazırlamağın vaxtı çatıb", - nəşr ABŞ hökumətinin yüksəkvəzifəli rəsmisindən sitat gətirir.
Məmur aydınlaşdırıb ki, gələcək strategiya layihəsi hələ hazırlanmayıb və təklif olunan dəyişikliklərin hərbi nəticələri məhdud xarakter daşıyacaq.
Həmçinin KİV-in məlumatına görə, bəzi NATO üzvləri həddindən artıq aqressiv yeni strategiyanın Rusiyaya sabitliyi pozan siqnal göndərə biləcəyindən narahatdırlar.