NATO niyə Ukraynanın bu istəyini yerinə yetirmir? - AÇIQLAMA

NATO niyə Ukraynanın bu istəyini yerinə yetirmir? - AÇIQLAMA

NATO Ukrayna üzərindəki hava məkanını bağlamayacaq, çünki o, avropalıların həyatına cavabdehdir.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniyanın ARD telekanalının efirində deyib.

Onun sözlərinə görə, bağlanma Rusiya ilə hərbi münaqişəyə girmək demək olacaq ki, bu da milyonlarla avropalının həyatını təhlükəyə atacaq.

“Bu o demək olardı ki, NATO təyyarələri Rusiya təyyarələrini atəşə tutacaq, bu, alyansın münaqişəyə birbaşa müdaxiləsi deməkdir... Bizim öz əhalimizi qorumaq öhdəliyimiz var”, - deyə o vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR