NATO İraqda yerli ordu üçün kadr hazırlığı üzrə missiyasının işini dayandırıb.
"Report" xəbər verir ki, NATO-nun mətbuat xidməti TASS-a açıqlamasında ABŞ-ın hava hücumlarından sonra artan qeyri-sabitliyi səbəb göstərib.
"NATO-nun İraqdakı təlim missiyasının işi dayandırılıb", - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.
İsveç Silahlı Qüvvələrin nümayəndəsi Kristina Svaan "Expressen"ə müsahibəsində hadisələrin inkişafını yaxından izlədiklərini, vəziyyətə uyğunlaşdıqlarını, hər bir halda əmdəkaşlarının təhlükəsizliyinin onlar üçün ən vacib amil olduğunu bildirib.