NATO-nun Norveçdə keçirilən genişmiqyaslı təlimləri koronavirusa görə yarımçıq saxlanılıb.
NATO-nun Norveçdə keçirilən genişmiqyaslı "Cold Response" təlimləri koronavirusun yayılması fonunda yarımçıq saxlanılıb.
Bu barədə Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir.
Təlimlər martın 11-i dayandırılıb.
"Qeyri-müəyyən dövrdə cəmiyyətimizi dəstəkləmək üçün müdafiə qabiliyyətimizi qorumaq istəyirik", - deyə təlimlərin rəhbəri Rune Yakobsen bildirib.
O qeyd edib ki, hazırda bir hərbçi koronavirusa yoluxub, 244 nəfər isə karantindədir.