Natanzdakı nüvə obyektinə hədəflənən İsrail PUA-sı vurulub

Natanzdakı nüvə obyektinə hədəflənən İsrail PUA-sı vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələri Natanzdakı nüvə obyektinə hədəflənmiş İsrailin pilotsuz uçuş aparatını (PUA) İsfahan vilayətinin Kaşan şəhəri üzərində vurub.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini Əkbər Salehi məlumat verib.

"Pilotsuz uçuş aparatı bu gün səhər saatlarında SEPAH-ın Hava-Kosmik Qüvvələrinin “Sevom-e Khordad” zenit-raket kompleksi tərəfindən zərərsizləşdirilib", o, bildirib.

Xəbəri paylaş

VİDEOLAR