ABŞ-ın Dövlət Departamenti meksikalı narkobaron “El Çapo”nun qardaşının yeri barədə məlumat verən şəxsə 5 milyon dollar vəd edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Oreliano Quzman Loeranın yaxalanması üçün əməliyyatları intensivləşdirib.
Digər 3 qardaşı kimi Oreliano Quzman Loera da beynəlxalq narkotik ticarətində ittiham edilir. O, xüsusilə sintetik narkotik vasitələrin dövriyyəsində fəallıq nümayiş etdirir. ABŞ-da fentanil adlı süni narkotik vasitə hər il minlərlə insanın ölümünə səbəb olur.
2019-cu ildə ömürlük həbs azadlıqdan məhkum edilən El Çapo (Yoakin Quzman) hazırda ABŞ-ın Kolorado ştatında xüsusi rejimli həbsxanada cəza çəkir.