Daha bir müsəlman mobil tətbiqin tərtibatçıları istifadəçilərin harada olmaları barədə məlumatları ABŞ-ın güc strukturlarına ötürüblər.
Rasthaber Azərbaycan “Vice News”a istinadla xəbər verir ki, bu dəfə qalmaqal “Salaat First” tətbiqi ətrafında meydana gəlib.
Bildirilir ki, "Salaat First” tətbiqinin məlumat bazası Fransanın “Predicio” şirkətinə satılıb. O isə öz növbəsində materialları Amerikanın immiqrasiya xidməti və FTB-yə ötürüb.
Xatırladaq ki, iki ay əvvəl buna bənzər qalmaqal “Muslim Pro” tətbiqi ətrafında yaranmışdı. O zaman bəlli olmuşdu ki, istifadəçilərin lokasiyaları “X-Mode” IT şirkətinə ötürülüb, o izə daha sonra onları başqa ünvanlara, o cümlədən ABŞ ordusuna satıb.
Bütün bunlar onu sübut edir ki, ən populyar İslam mobil tətbiqlərindən istifadə edən müsəlmanların məlumatları onların razılığı olmadan ABŞ-ın güc strukturlarına ötürülür.