Məzlum susdurulur: Qəzzada daha bir jurnalist şəhid oldu

Məzlum susdurulur: Qəzzada daha bir jurnalist şəhid oldu

Qəzza zolağında daha bir jurnalist sionist rejim tərəfindən şəhid edilib.

Az.rasthaber.com xəbər verir ki, Al-Manara Media Şirkətinin əməkdaşı Məhəmməd Əbdurrəbih işğalçı İsrail rejiminin Qəzza zolağında Cəbəliya düşərgəsində yerləşən evinin bombardmanı zamanı bacısı ilə birlikdə şəhid olub.

 

Bu yaxınlarda fələstinli jurnalist İbrahim Məharib də Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şimal-qərbindəki Həməd qəsəbəsi yaxınlığında sionist rejim əsgərləri tərəfindən atəş açılması nəticəsində şəhid olmuşdu. 

 

Şəhid jurnalist Məhəmməd Əbdurrəbih də daxil olmaqla, Qəzza zolağında şəhid edilən jurnalistlərin sayı 170 nəfərdən çoxdur.

Xəbəri paylaş

VİDEOLAR