Myanmada çevrilişə etirazlarda ölənlərin sayı 570 oldu

Myanmada çevrilişə etirazlarda ölənlərin sayı 570 oldu

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Myanmada hərbi çevriliş və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə qarşı təşkil edilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 570 nәfәrә  yüksəlib.

Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı (AAPP) tərəfindən yayımlanan gündəlik hesabatda son 24 saat ərzində daha 6 nəfərin öldüyü bildirilib. Hesabatda ümumi can itkisinin 570 nәfәrә yüksәldiyi, daha 2 min 728 nәfәrin dә saxlanıldığı qeyd olunub.

Digәr tәrәfdәn Myanmanın şәrqindәki Şan әyalәtindә yaşayan çox sayda mülki vәtәndaş ordunun bölgәyә mümkün hücumlarına qarşı evlәrini tәrk edib vә  sığınacaq inşa etmәyә başlayıb.

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu  ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirәrәk ölkәdә  fövqәladә vәziyyәt rejimi  elan edib.

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.

Xəbəri paylaş

VİDEOLAR